"İrşad Electronics" müştərilərə FIRILDAQ GƏLİR? - GİLEY
- 23-03-2021, 14:47
- 802
Narazı müştəri daha sonra yazır: "Bu gün sınadım, həqiqətən elədi. İlkin ödənişsiz adıyla (saytda hər hansı istisna qaydayla bağlı heç bir məlumat yoxdu) online məhsul sifariş verdim. Qadasın aldıqlarım zəng edib deyirlər ki, filan məbləğdə ilkin ödəniş eləməlisiz. Deyirəm bəs saytda başqa cür yazmısız axı, qayıdır ki, ilkin ödənişsiz ancaq vip müştərilər üçündü. Deyirəm orda aşağıda bir yerlərdə qeyd etməlisiz bunu, qayıdır ki, bu məlumat 40 səhifəlik təlimatdı, yerləşdirə bilmirik.
İctimai profilində sağ göstərib, fərdi müraciətdə soldan vuran adı keçən şirkətin marketinq və müştəri xidmətləri şöbələrinə uzun ömür, can sağlığı arzu edirəm".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...