Azərbaycanda "Britaniya ştammı"na yoluxanlardan ikisi kişi, biri qadındır
- 18-03-2021, 16:23
- 585
Bu barədə APA-nın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.
Qeyd olunub ki, aparılan analizlər nəticəsində ikisi kişi, biri qadın olmaqla 1977, 1961, 1992-ci il təvəllüdlü üç nəfərdə virusun "Britaniya ştammı" aşkarlanıb.
Həmin şəxslərdən birinin Ukraynada yoluxduğu müəyyən edilib.