SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu rayonlarda DOST mərkəzi açılacaq - Sahil Babayev

Bu rayonlarda DOST mərkəzi açılacaq - Sahil Babayev

Tarix:

17-03-2021, 14:49

/ 629 dəfə oxundu.
Bu rayonlarda DOST mərkəzi açılacaq - Sahil Babayev

Bu il 4 DOST mərkəzinin açılması planlaşdırılıb. Həmin mərkəzlər Bakının Binəqədi, həmçinin Abşeron, Bərdə və Quba rayonlarında açılacaq. Bununla ilin sonuna DOST mərkəzlərinin sayı 7-yə çatacaq".

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Nazir qeyd edib ki, növbəti illərdə bu mərkəzlərin şəbəkəsinin ölkəboyu genişləndirilməsi davam edəcək: "Ümumilikdə, 2019-2025-ci illər üzrə Regional DOST proqramı çərçivəsində 17 DOST mərkəzi və 44 DOST məntəqəsinin açılması nəzərdə tutulur”.

S.Babayev bildirib ki, 2019-cu ilin may ayından Bakıda 3 DOST mərkəzi istifadəyə verilib: "Paytaxtın 8 rayonunun (Yasamal, Səbail, Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı) sakini artıq DOST xidmətləri ilə əhatə olunub. Ümumilikdə, DOST xidmətləri ilə əhatə olunanların sayı bu ilin 1 mart tarixinə 303 mini ötüb. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi isə 97 faizdir. 142 - Çağrı mərkəzi tərəfindən isə 2020-ci ildə əvvəlki ilə nisbətən 3,3 dəfə çox olmaqla 673 374 vətəndaş müraciəti cavablandırılıb. Bu ilin yanvar və fevral ayları (81 051 müraciət) da daxil olmaqla Çağrı mərkəzi vasitəsilə 956716 müraciətin cavablandırılması təmin olunub”.

Şərhlər

XƏBƏR LENTİ