Nazirin atası reanimasiyaya yerləşdirildi
- 8-05-2017, 16:51
- 57 975
Məlumata görə, nazirin 93 yaşlı atası Məhərrəm Məmmədyarov ötən gün xəstəxanaların birinə yerləşdirilib. Xəstəxanadan saytımıza bildirilib ki, o, hazırda reanimasiyadadır.
Məhərrəm Məmmədyarovun çalışdığı Neft-Kimya Prosesləri İnstitutu ilə də əlaqə saxladıq. İnstitutdan bildirilib ki, M. Məmmədyarov bu gün işə gəlməyib. O, sonuncu dəfə mayın 5-də işdə olub.
Qeyd edək ki, M. Məmmədyarov kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür.1969-cu ildən Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir.