XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Deputatın şirkətində qaranlıq işlər... - İTTİHAM

Deputatın şirkətində qaranlıq işlər... - İTTİHAM

Deputatın şirkətində qaranlıq işlər... - İTTİHAM
16-03-2021, 10:20

"Kristal Abşeron” MTK özünü telekanallarda və digər məkanlarda belə reklam edir:
“Xəyallarınızı inşa edirik”.
Adamın yadına bir el məsəli düşür: Kasıb itinin adını gümüş qoyar.
MTK-nın əsl sahibi olan deputat, “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri Ağalar Vəliyev görəsən heç utanırmı ? Ki, insanların xəyallarını inşa etmir e, xəyallarını başına uçurdur.
Gundelik-baku.com-un araşdırması zamanı bəlli olur ki, uzun müddət “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsində çalışan Ağalar Vəliyev dövlət şirkətini “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinə çevirməklə həm deputat mandatını qoruyub, həm də şirkəti əldən verməyib. Çünki dövlət şirkətinin prezidenti deputat ola bilməz. Ona görə də, ASC sədri kimi bu gün də Milli Məclisin üzvüdür. Adam deməli heç nəyi əldən vermək istəmir.
Bütün bunlar azmış kimi deputat Ağalar Vəliyev həm də MTK-ya sahibdir. Yaxşı, bütün bunları Azərbaycan reallığı hesab edək. Barı insafın, mürvətin olsun də, Prezident İlham Əliyev demişkən, barı Allahdan qorxun də.
Kasıb-kusub borc-xərc toplayıb özünə bir ev alır, sən isə yüz cürə maxinasiya edirsən.
Sənə kim icazə verib ki, Azərbaycan dövlətinin ərazisində ABŞ dolları ilə mənzil satırsan?
Alıcıları aldadıb, müqaviləyə imza atdırıb sonra da dolların məzənnəsi dəyişdikcə, qiyməti qaldırırsan.
Gecikmələrə görə, mənzil sahiblərindən əlavə pul tələb edirsən.
Sənə kim icazə verib ki, satdığın mənzillərin kommunal xərclərini, qazın, suyun pulunu, qarajların qiymətini bir gecədə 50 faiz qaldırırsan ?
Axı, sən kimsən, Ağalar Vəliyev ?
Bu ölkənin qanunlarını saymırsan ?
Satdığın evlərin hamısının təmiri bərbad vəziyyətdədir.
Avropada özünün və oğlunun mülkləri, biznesi olan deputat Ağalar Vəliyev, görəsən, doymaq bilmir ?
Qışın ortasında istiliyin, isti suyun qiymətini qaldırısan, Ağalar müəllim. Mənzil sahibləri sənin əlindən bezib, ey millət vəkili.
Tikdiyin binaların inşasında elə materiallardan istifadə edirsən ki, insanların həyatını təhlükəyə atırsan.
Gecikməyə görə, pul tələb edirsən, amma binaları müqavilədə göstərilən vaxtdan 7-8 ay gec təhvil verirsən. Bəs niyə gecikməyə görə pul ödəmirsən..?
Şirkət Tovuzdan olan iş adamı Məhayət Nəbiyevin arxasında gizlənib, guya Kristal Abşeron MTK ona məxsudur. Bəli, kağız üstündə ona məxsudur.
Bəs, İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən “Aybar” oteli kimindir?
Bəs Ukraynadakı “Şahplov” restoranı kimindir, Ağalar müəllim ?
Bir gün bu narazı insanlar axışıb üstünə gələcək, cənab deputat.
Bax onda xəyalların başına uçacaq. Bunu unutma.
Onu da qeyd edək ki, hüquqi cəhətdən, yəni de-yure məsuliyyəti Məhayət Nəbiyev daşıyır. Çünki şirkətin rəsmi sahibi, təsisçisi odur. Yəni sabah deputat yaxasını qırağa çəkə bilər.
Gundelik-baku.com-a daxil olan məlumata görə, Məhayət Nəbiyevin son bir neçə illik fəaliyyəti yoxlanılır. Cənab Nəbiyevin həbs etimalı da var. //gundelik-baku.com//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.