Deputat: “Qiymətlər günü-gündən artır”
- 9-03-2021, 13:59
- 740
Ə. Məsimli yanvar ayında benzinin qiymətinin cəmi 10 qəpik artmasından sonra bütün sahələrdə qiymət artımlarının, bahalaşmanın olduğunu bildirib.
“Benzin cəmi 10 qəpik artdı, amma qiymətlər gündən-günə artır. Bu, insanların maddi durumuna çox ciddi təsir edir və narazılıq yaradır. Qiymət artımlarında, bahalaşmada monopoliya, inhisarçılıq çox mühüm rol oynayır. Bu halların hələ də davam etməsi qiymət artımı və bahalaşmanı şərtləndirir. Odur ki, süni qiymət artımına, bahalaşmaya, inhisarçılığığa qarşı ciddi ölçülər götürülməlidir”-deyə, Ə. Məsimli vurğulayıb.
“AzPolitika.info”