Şəhid xanımından Prezidentə MÜRACİƏT: - “Bizimlə maraqlanmırlar”
- 5-03-2021, 18:25
- 582
Qarabağ müharibəsi qazisi Natiq Mehdiyev şahid xanımının Prezidentə müraciətinə dair fikirlərini “Sherg.az”la bölüşdü. Onun sözlərinə görə, belə bir hal rayonun vəzifəli şəxsləri üçün üz qarası olmalıdır:
“Vətən darda olanda hərbçilər, insan darda olanda Allah yada düşür. Vətən müharibəsi dövründə qəhrəman əsgər və zabitlərimiz həm vətənimizi, həm də arxa cəbhədəki insanlarımızı qorudular.
Niyə savaş bitəndən sonra hərbçilərimiz unudulur?! Prezidentimizin təşəbbüsü ilə şəhid və qazi ailələrinə kömək məqsədilə YAŞAT fondu yaradıldı. Lakin müvafiq qurumlar məsuliyyəti boyunlarından atır və elə bilirlər ki, hər işlə YAŞAT fondu məşğul olmalıdır. Amma belə deyil. Əgər kənddə bir adam narazıdırsa, deməli, yerli sakinlərin hamısı, xüsusilə səlahiyyətli şəxslər qatildirlər”.
N.Mehdiyev, həmçinin dedi ki, bu günün sabahı da var:
“Erməniləri hər birimiz tanıyırıq. Onlara etibar etmək olmaz. Sabah yeni müharibə başlaya bilər. İndi şəhid, qazi ailələrinə qayğı ilə yanaşmaq lazımdır ki, növbəti analoji hadisə zamanı onların qardaşları, qohumları vətəni müdafiə etsinlər”.