Eldar Əzizovun bu hərəkəti tənqidə səbəb OLDU - FOTOLAR
- 25-02-2021, 10:49
- 800
Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə buz bağlamış yolların təmizlənməsində 60-65 yaşında qadınların işləməsini əks etdirən görüntülər narazılığa səbəb olub.
Sosial şəbəkə izləyiciləri Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun bu məsələyə biganə qalmasına münasibət bildiriblər. Onlar, Eldar Əzizovun 60-65 yaşında qadınları qarlı gündə işlətməkdənsə, büdcədən ayrılan pullara texnikalar almasını təklif ediblər.