"Lider-F” tikinti şirkətindən qonşuluqda yerləşən binanın sakinlərinə böyük zərər

Sosial

"Lider-F” tikinti şirkətinin Nəsibbəy Yuifbəyli 6 ünvanında tikdiyi bina qonşuluqda yerləşən binanın sakinlərinə böyük zərər vurub.

Pravda.az xəbər verir ki, hadisə ötən gecə baş verib. Belə ki, sözügedən ünvanda tikintisi davam edən binanın üstündə olan taxta materialları Cəlil Məmmədquluzadə 998 ünvanında yerləşən yaşayış binasının həyətində park edilmiş avtomobillərrin üzərinə tökülüb.

Hadisənin güclü külək nəticəsində baş verdiyi bildirilir. Nəticədə onlarla avtomobilə ciddi ziyan dəyib.