"Bakcell" "Təhlükəsiz internet" paketinin qiymətini artırır
- 23-02-2021, 10:05
- 964
Bu tarif paketinin qiyməti mart ayının 5-dən etibarən 18 manat təşkil edəcək. Hazırda paketin qiyməti 10 manat təşkil edir.
Qeyd edək ki, bu internet paketi filtrasiya xidməti sayəsində uşaqlara internetdən təhlükəsiz istifadəsini təmin edir, onları zərərli və arzuolunmaz məzmunlarda qorumağa imkan yaradır.
Filtrasiya sistemi tərkibində uşaqlar üçün zərərli informasiya daşıyan 90 tematik qrup üzrə 18 mln. veb-səhifəyə çıxış məhdudlaşdırır.
Təhlükəsiz internet paketini istifadə edən abunəçilər veb-səhifələri filtrasiya edərək uşaqlarını yuxarı yaş qrupuna aid məzmunlu səhifələrdən, qeyri-qanuni və yaxud zorakılıq əlamətləri olan məlumatlardan, narkotik və dərman vasitələri və digər zərərli məzmunlardan qoruya bilirlər.