Azərbaycanda jurnalistlər barədə məlumatlar sistemləşdiriləcək

Sosial

"Azərbaycanda mövcud olan media subyektləri və jurnalistlər barədə məlumatlar sistemləşdiriləcək”.

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, bununla bağlı müddəalar “Media haqqında” yeni qanun layihəsinə daxil ediləcək: “Hazırda bu məsələ müzakirə edilməkdədir”.