FHN-in modul tipli xəstəxanasında MAAŞLAR QEYBƏ ÇƏKİLİB - VİDEOGİLEY
- 20-02-2021, 12:10
- 904
KAİM.az xəbər verir ki, hazırda bütün məşhur sosial şəbəkələrin “post” və “comment” bölmələri həmin şəxslərin çarə axtarışını əks etdirən paylaşımlarla dolub-daşır. Bir neçə həkim daha da irəli gedərək, video çəkib və problemin məsul şəxslərinə müraciət edib.
FHN milyonlarla manat dövlət büdcəsi ilə müxtəlif tenderləri oyuncaq kimi əldə etməsinə baxmayaraq, maaş mövzusu ilə əlaqədar gecikmələrin olduğunu, əlaqədar qurumların yaxın zamanda ödənişləri verəcəyini bildirib.
Qeyd edək ki, tibb işçiləri bu vədlərin əsassız olduğunu, heç bir halda ödənişlərin verilmədiyini, əksinə maaşların azalması barədə öncədən xəbərdarlıq edildiyini deyir. Hətta, təcili tibbi yardım işçilərinin dekabr ayından bəri maaş almadığını, xadimələrin isə həkimlərdən yol pulu alaraq evə getdikləri qeyd olunur.
Belə önəmli dönəmdə ən müqəddəs peşələrdən birini icra edən tibb işçilərinin əmək haqqlarının hələ də ödənilməməsi, ölkədəki bəzi qurumların İlham Əliyev siyasətinə uymayaraq, özlərinə yeni xəritə çəkməsi məmur özbaşınalığının başlıca göstəricidir.