Aeroport yolu bağlanacaq

Sosial

Bakıda daha bir yol bağlanır. Bu dəfə aeroport yolunda hərəkət məhdudlaşdırılacaq.

Məlumata görə, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin əsas məşqinin keçirilməsi ilə əlaqədar olaraq mayın 8-də saat 17:00-dan 22:00-dək Heydər Əliyev prospekti ilə hava limanına gedən yol bağlı olacaq.

Bakıdan Heydər Əliyev Beynəlxalq Hava Limanına getmək və geri dönmək üçün alternativ olaraq Nobel prospekti və Zığ avtomagistralından istifadə etmək tövsiyə edilir.