"Dağlıq ərazidə xidmət edənlərin maaşı çox olmalıdır” – Pul yoxdur, yoxsa...?
- 18-02-2021, 15:56
- 485
İqtisadçı- ekspert Nazim Bəydəmirli sözügedən problemlə bağlı “Sherg.az”a danışdı. Onun fikrincə, səbəb süni şəkildə yaradılan maneələrdir:
“Əslində büdcədə lazımi qədər pul var və olmalıdır. Hətta vəsait çatışmazlığı yaransa belə, əməkhaqqılar vaxtlı-vaxtında ödənməlidir. Ödənmirsə, deməli, konkret sahənin idarəetməsi düzgün qurulmayıb.
Əlbəttə, cəbhə zonasında, həmçinin dağlıq ərazidə xidmət edənlərin maaşı daha çox olmalıdır. Fikrimcə, yaranan problemin səbəbi pul çatışmazlığı yox, bürokratik əngəllərdir.
Həmin maneələri aradan qaldırmaqdan ötrü hökumət təcili addımlar atmalıdır”.