DOSTumuz da BELƏ... - NARAZILIQ!
- 18-02-2021, 15:54
- 589
Yəni büdcə təşkilatlarında çalışan, xüsusilə də yol təmir bərpa, işıq, qaz, su idarələrində minimum əmək haqqı alanlar DOST-a trensfer edilib. Nəticədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xətti ilə yeni iş yerlərinin yaradılması görüntüsü formalaşdırılıb. Lakin məsələnin daha problemli tərəfi odur ki, 2020-ci ilin dekabr ayından bu günə qədər həmin transfer edilən işçilərin əmək haqları ödənilməyib. Minimum əmək haqqı alan fəhlələr də etiraz edirlər ki, onların yalnızaşağı qacancları dakəsilib.
Gundeminfo.az-amüraciət edən vətəndaşlar bildirirki, yaranan öproblemlə bağlı onlara heç bir məlumat verən yoxdur. İşçilər dəfələrlə DOST-a müraciət etsələr də heç bir cavab ala bilməyiblər. Bundan sonra yalnız müxtəlif qeyri-rəsmi mənbələr vasitəsilə öyrənə biliblər ki, alacaqları əmək haqları 2021-ci ilinbüdcəsi açılmadığından ödənişləri həyata keçirmək mümkün deyil. Maraqlıdır ki, 2021-ci ilin dövlətbüdcəsindən əmək haqqı alanvətəndaşlarla Maliyyə Nazirliyi heç bir problemin olmadığını deyir. Eyni zamanda apardığımız araşdırmalar zamanı bəlli olub ki, əslində adı DOST MMC-də sosial işə cəlb edilmiş vətəndaş kimi rəsmiləşdirilən vətəndaşlar köhnə iş yerlərində qalıblar və işlərini davam etdirirlər. Lakin hansısa səbəbdən onlarla bərabər köhnə iş yerində DOST MMC-yə transfer edilməyənlər elə həmin müəssisələrdən əmək haqlarını alıblar. Yəni eyni idarədə çalışan, lakin bir qrupunun adı DOST-dan əmək haqqı alanlar kateqoriyasındaolanlar əmək haqqı ala bilmirlər. Mövzu ilə bağlı bütüntərəfləri dinləməyə hazırıq.