SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "İrşad Electronics"ə cərimə protokolu yazıldı

"İrşad Electronics"ə cərimə protokolu yazıldı

Tarix:

17-02-2021, 12:37

/ 850 dəfə oxundu.
"İrşad Electronics"ə cərimə protokolu yazıldı

"İrşad Electronics" MMC barədə inzibati protokol tərtib edilib.

“Report”un əldə etdiyi məlumata görə, şirkət qanunvericilikdə nəzərdə tutulmuş sürtifikatlaşdırma qaydalarını pozmaqda təqsirləndirlir.

İnzibati Xətalar Məcəlləsinin 447.0.4-ci (qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə) maddəsi ilə tərtib edilən protokola Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Bu inzibati xətaya görə, hüquqi şəxslər 4 manatdan 6 min manatadək məbləğdə cərimə edilir.

“İrşad Electronics” Azərbaycanda elektronika və məişət texniksı satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biridir. Şirkətin Bakı, Sumqayıt daxil olmaqla 35 şəhər və rayonda mağazaları, 700 dən çox dileri mövcuddur.

Şərhlər

XƏBƏR LENTİ