Oqtay Əsədovun qohumuna qarşı rüşvət ittihamı: - hər uşağa görə 1000, 700 azn...
- 15-02-2021, 10:50
- 836
Təsadüfi adamların rəhbərliyi altında fəaliyyət göstərən bağça müdirələrinin "çirkin maraqları” böyük işlərimizin "qara yarası”na çevrilir. Belə ki, redaksiyamıza 177 saylı bağçada hökm sürən "xaos” haqqında ilginc məlumatlar daxil olub. Bağçada açıq-aşkar bazar qurulub. Bir müddət öncə adıçəkilən təhsil müəssəsinə müraciət edən vətəndaş, körpəsini 177 saylı körpələr evinə yazdırmaq istəyib. Bu zaman vətəndaşa bildiriblər ki, müdir Pəri Rəhimovanın qəbul qaydalarına görə, Azərbaycan dili bölməsi üçün 700 AZN, Rus dili bölməsi üçün isə 1000 (min) AZN ödəniş etmək lazımdır. Mənbənin daxil etdiyi məlumata görə, bu kimi qanunsuz əməlləri həyata keçirməyə cəhd edən bağçanın işçisi Aygün adlı qadındır. Aygün xanım özünü müdirin müavini kimi təqdim edərək, təhsil müəsisəsinə üz tutan hər bir valideynlə şərtləri izah edərək, razılaşdırmağa çalışır. Baxmayaraq ki, 177 nömrəli uşaq bağçasında müdir müavini vəzifəsi rəsmən boşdur, amma həmin vəzifənin səlahiyyətlərindən sui-istifadə edən şəxslər vətəndaşlara bu cür iyrənc münasibətlər sərgiləyir.
Onu da bildirək ki, indiyə qədər bağçada təhsil alan uşaqlara görə aylıq 20 AZN rəhbərliyə ödəniş edilir. Qeyd edək ki, Milli Məclisin sabiq spikeri Oqtay Əsədovla yaxın qohum olan Pəri Rəhimova görünür özünü bu səbəbdən rahat hiss edir. Mətbuatda yayılan məlumatlara istinad edərək əlavə edək ki, Oqtay Əsədov hər an istintaqa çağırılacağının həyəcanını yaşayır. Yəni, iri ranqlı korrupsionerlərin "içəri” göndərilməsi onu da təşvişə salıb. Eks-spikerin təşvişi üçün çox ciddi əsaslar var. Ötən illərin mətbuatını vərəqləmək, sosial mediada yazılanlara baxmaq onun ölçüyəgəlməz biznes imperiyasının ayrı-ayrı fraqmentlərini görməyə kifayət edir. 14 il parlamentin sədri postunu tutmuş Oqtay Əsədovun bu müddət ərzində adının hallanmadığı korrupsiya əməli qalmayıb. Onun deputatlarla bağlı məlumatları "dövlət içində dövlət” qurmuş Eldar Mahmudova ötürməsi də aşkar-gizli fəaliyyətinin pik nöqtəsi idi. Son olaraq ümid edirik ki, dövlət müəssisəsindən biznes məqsədi üçün istifadə edən bağça müdirəsini dayandıran tapılacaq…
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Azerbaycanrealligi.com