ASAN Gəncəviyə kimlik hazırladı, o da səhv çıxdı - Foto

Sosial

ASAN Xidmətin Sabirabad rayonunda yerləşən mərkəzində dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəviyə şəxsiyyət vəsiqəsi hazırlanıb.
Sözügedən şəxsiyyət vəsiqəsi ASAN Xidmətin Sabirabad rayonunda yerləşən ofisində divardan asılıb.
Şəxsiyyət vəsiqəsində Nizami Gəncəvinin doğum yeri və tarixi düzgün qeyd edilsə də, atasının adı “İlyas” deyə səhv yazılıb. Əslində isə İlyas Nizami Gəncəvinin öz adıdır, atasının adı isə Yusifdır.