Səfər Mehdiyev gömrükdə 608 milyonu necə yoxa çıxarıb? – Şok fakt
- 8-02-2021, 10:47
- 764
Reportyor.info xəbər verir ki, bunu AĞ Partiya funksioneri Mətləb Aslanov qeyd edib. O, yazıb ki, rəsmi göstəricilərə görə ölkənin 2019-2020 illərdəki tədiyyə balansında idxalat:
-2019-cu ildə Neft-qaz sektoru üçün 3 milyard 198 milyon yəni toplam İDXALATIN 17%-ni, digər sahələr (İSTEHLAK) üçün isə 16 milyard 71 milyon yəni toplam İDXALIN 83%-ni təşkil edir.
– 2023-ci ildə isə bu rəqəmlər sırasıyla Neft-qaz sahəsi üçün 3 mlyrd 98 mlyon(18%), digər sahələr üçün isə 13 milyard 720 mlyon(4 rüb rəqəmləri tam müəyyən olunmadığına görə ilk 3 rübün toplamı 3-ə bölünərək 4-ə vurulub) təşkil edir.
DGK-nin rüsümlarını nəzərə alaraq 0%-ə düşən Neft-qaz idxalını nəzərə almadan DİGƏR sahələr (istehlak) ilə bağlı büdcə ödəmələrini rəqəmlər üzərindən hesablayaq.
Öncəliklə, DGK-nın rüsüm faizlərinə düşən məbləğ əlimizdə olmadığına(əslində bəyan edilməlidir) görə 0%-in xaricində qalan 3%,5%,10% və 15% rüsum faizlərinin ən yaxşı hal olaraq (şikayətlər var ki, aşağı faizlilər belə 15% üzərindən “prixod” olunur) ortalamasını yəni 8.25% əsas alacayıq.
Belə ki, 2019-cu ildə DGK-nın büdcəyə verdiyi sadəcə rüsum rəqəmi 900 milyon manat təşkil edir ki, bu 0%-ə düşməyən idxalatını 5.6%-ə qarşılıq gəlir. Halbuki, ortalama 8.25%-i əsas aldığımızda -2.65% ortalıqda görünməməktədir.
Bu görünməyən faiz manatla 425 milyon 924 mindir. Lori desək, Mərkəzi Bankın tikdirəcəyi binanın məbləği qədərdir”.
M.Aslanov yazıb ki, 2020-ci ildə isə DGK-nın büdcəyə verdiyi rüsum rəqəmi 950 milyon manat təşkil edir: “Ki, bu 0%-ə düşməyən idxalatın 6.92%-ə qarşılıq gəlir.
Halbuki, yenə də ortalama 8.25%-i əsas aldığımızda – 1.33% ortalıqda görünməməktədir. Yenə, bu görünməyən faizin manatla ifadəsi 181 milyon 911 min manatdır.
2 ilə toplam ortada görünməyən məbləğin toplamı təxminən 608 milyon manatdır. Bu büdcəmizin təxminən 2,4%-ə faizinə yaxın rəqəmdir.
Nəzər alaq ki, rüsum işi ƏDV**-dən fərqli olaraq şəxsi insiyatifanın da müdaxilə edə biləcəyi bir işdir və işin içinə “şəxsiyyətlər” girəndə, təbiəti gərəyi, sui-istifadələr orta çıxır.
Məsələn 15%-ə düşən bir məhsulu 10%-ə salmaq üçün 1% xərcləmək kimi. Nəticədə 11% olacağına görə 4% qabağa düşmək olur.
Aylıq milyon manatlıq dövriyyə edən şirkətləri nəzərə alsaq, 4%-in nə qədər önəmli olduğu daha aydın anlaşılar”.