XalqXəbər.Az

XalqXeber.Az » Sosial » "Abşeron A1" MTK vətəndaşları çilədən çıxarıb... - GİLEY

"Abşeron A1" MTK vətəndaşları çilədən çıxarıb... - GİLEY

"Abşeron A1" MTK vətəndaşları çilədən çıxarıb... - GİLEY
8-02-2021, 10:22

"Azərbaycan Respublikasına xidmət edən hörmətli insanlar, aidiyyatı üzrə hərəkətə keçməyin vaxtı coxdan çatıb və hətta gec belə qalmısınız. Bu dələduz yığıncağı bu günə qədər vətəndaşlara qarşı törətdiyi əməllərə görə cavabdehlikdən qaçır. Dəfələrlə məhkəmələrə verilən bu dələduzlar, məhkəmə salonlarına belə gəlmirlər. Bir də "NƏ ÜZLƏ GƏLƏCƏKLƏR ORA? Bu səbəbdən də gəlmrlər və barələrində onlarsız qərardad çıxarılır. (Sumqayıt apelyasiya məhkəməsinin qərardadını oxuya bilərsiniz)" Bu barədə DİA.AZ-a yazan Sevil Vaqif qızı Nəsirova şikayətində bildirir.

Daha sonraa narazı vətəndaş yazır: "Qanun pərdəsi altında gizlənən və özlərini "Abşeron A1" MTK cinayətkar təsisçiləri, özlərinə Ağayev Ağamoğlan Duman oğlu kimi dırnaq arası rəhbər təyin edib vətəndaşları aldadır və sonunda da onu cinayət törədən hesab edib məhkəmə qarşısına çıxarırla. Onlar unudmasın ki, sədarət mörünü namuslu və vicdanı təmiz olan insanlara həvalə edilir və buna görə də onlar məsuliyyət daşıyırlar.
"Abşeron A1" MTK-nin təsisçisi kimi özünü qələmə verən və hər dəfə də qarşımıza çıxıb ağlına gələni danışan Babayev Elman, aramızda olan ziddiyyəti, Azərbaycan və ermənistan arasında olan müharibəyə misal gətirməklə , sonunda sülh müqaviləsi imzalayaraq sona çatmağı ilə müqayisə edir". Dar düşüncəsi olan bu məxluq idrak etmir ki, Azərbaycanlılar dəmir yumruqlarını ermənilərin başına vuraraq , onların üzərində qələbə çaldı və kapitulyasiyaya imza atmağa məcbur etdi.
Mənə çox maraqlıdr, "Abşeron A1" MTK və aldadılmış vətəndaşlar arasında kim harada movqe tutur? Kimin əmlakı və vəsaitləri uzun illərdir dələduzluq yolu ilə mənimsənilir? Kim bu dələduzlara himayədarlıq edir ki, onlar da yollarını azıb? Bu dələduzların başına dəmir yumruğu kim vuracaq?

Abşeron Rayon İcra hakimiyyətinə şikayət məktubu yazıb rayonda kriminal MTK-lar olduğunu və o cümlədən də "Abşeron A1" MTK-nin dələduzları barədə məlumat bildirdim.
Lakin əfsular olsun ki, rayonun dövlət hakimiyyəti olan rəhbərləri, bu dələduzlara qarşı mübarizə əvzinə onların dəyirmanına su axıdır və "Abşeron A1" MTK-ya yeni binaların inşaasına cərəncam və icazə verir. İcra Hkimiyyətinin rəhbəri və aidiyyatı olanlar "Abşeron A1" MTK təsisçilərini çağırıb soruşmur ki, "biz dövlət olaraq , vətəndaşlara qayğı və xidmət etmək məqsədi ilə, sizə binaların inşaasına cərəncam və icazə veririk, siz isə vətəndaşlara qarşı dələduzluq edirsiniz". Bu səbəblə sizin binaların tikilişinə lisenziyanız dayandırılır! O vaxta qədr ki, vətəndaşların haqqını qaytarasız!

Abşeron Rayon Prokuror Rahib Seyidova dəfələrlə yazdığım şikayət məktublarına rəğmən bu günə qədər cavab verilməyib.
Ara-sıra Abşeron Rayon Prokurorluğuna zəng edib məktublara cavab verilməməsi barədə məlumat bildirdikdə, prokurorluğun əməkdaşı bizə bildirir ki, cavab məktubları poçt vasitəsi ilə aidiyyatı üzrə, Bakı şəhəri, Nərimanov r-nu, Ruhulla Axundov küçəsi 43, mən12 adresinə göndərilib və bu günə qədər sayları 4 olub.
Əfsuslar olsun ki, məktublar yolda qeyb olub. Qarşı tərəfə bildirəndə ki, necə olur ki, DİN-dən, Vergi idarəsindən, Seçgi dairəsindən, Hərbi çağırış və bu kimi idarələrdən məktublar bu adresə gəlir amma sizdən gəlmir? Əyər gəlmirsə cavab məktublarını skan edib elektron poçt adresimə göndərin. Prokurorluq əməkdaşı ona da etiraz edib deyir ki, "Prokurorluq olaraq biz cavabları məktub formasında poçt vasitəsi ilə göndəririk" Bu da belə. Belə hesab edirəm ki, elektron yazışma bu gün çətin bir məsələdir.
Abşeron Rayon Prokuroru dəyişdi və Qasımov Qabil Şövkət oğlu vəzifəyə təyin edildi. Bu səbəblə təbrik edirik və çətin və məsuliyyətli işinizdə sizə uğurlar diləyirik,
Hörmətli Qabil müəllim, ümüdvaram ki, yuxarıda qeyd etdiyim iradları nəzərəalaraq əmakdaşlarınıza cavab məktublarının elektron poçt vasitəsi ilə mənə göndərilməsində köməklik göstərəcəksiniz. Adi qaydada da yenidən göndərilə bilər. Yaxud da dəvət edin gəlim prokurorluğun binasından götürüm".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.