Bulvarda çay dəstgahı - 15 manata çatan QİYMƏTLƏR 03.05.2017, 15:13
- 3-05-2017, 15:27
- 61 002
Əməkdaşlarımız bu dəfə yollarını dənizkənarı bulvardan salıb, kafelərdəki qiymətlərlə maraqlanıblar.
Bəribaşdan qeyd edək ki, kafelərin bəziləri müştəriyə sadə çay vermirlər.
İlk daxil olduğumuz kafedəçayın qiyməti 7 manatdan başlayır. Yanında da mürəbbə və limon.. Sadə çay isə yox idi.
“Lale kafe”də sadə çayı 3, mürəbbə ilə 7 manata təklif etdilər.
“Delfin kafe”də də eyni vəziyyətlə qarşılaşdıq. Ən ucuz çay 7 manatdan başlayırdı. Çayın yanında mürəbbə və paxlava da verilir. Ofisiant dedi ki, sadə çay vermək sərf eləmir, amma jurnalist olduğumuzu bildikdən sonra 2 manata sadə çay verə biləcəklərini söylədilər.
“Palma kafe”də sadə çay verildiyini gördük, qiymətini 3 manata dedilər.
“Mirvari” kafesində sadə çay 2 manata verilirdi, menyuda da bunu gördük.
“Rast kafe”də dəsadə çayın qiyməti 2 manata idi.
“Dalğa” kafesində sadə çayın 2, şokoladla 5, mürəbbə ilə 7 manata verildiyini bildirdilər.
“Şam Bulvar”da isə bir çaynik çay 5 manata və bir stəkan çay isə 1 manata verilirdi.
“Tosca”da isə bir nəfərlik çayın qqiyməti 3,50 manata satılırdı.
“Abşeron kafe”də çayın dəstgahla verildiyini bildirdilər. Və bunun 10 manatdan başladığı qeyd edildi.
“Armudu kafe”də sadə çayın 2 manata verildiyinin şahidi olduq.
“Gilavar kafe”də çayın qiymətinin öncə 15 manatdan başlandığını desələr də, jurnalist olduğumuzu bildidikdən sonra əl-ayağü düşdülər. Dedilər ki, 2 manata sadə çay verirlər. Müştəri istəsə onun üçün dəstgah da təşkil edirlər.
“Xəzri” kafesində sadə çayın qiyməti 2 manata idi. Mürəbbə ilə 6, şokaladla 5 manata təklif olunurdu.
“Qağayı” kafesində sadə çay 2, mürəbbə və ya paxlava ilə 3 manata satılır.
“Bakı bulvar”da çay 7 manata təklif olunurdu.
“Veteran klub”da sadə çayın 2 manatdan verildiyini bildirdilər. Diqqətimizi çəkən əsas məqam bu oldu ki, burada veteranlara saat 9-dan 5-dək pulsuz xidmət göstərilir.
Modern.az