Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə 93 ölkə arasında 91-ci yerdə… - BİABIRÇI FAKT
- 4-02-2021, 17:46
- 566
Yeniavaz.com dünyanın ən nəhəng məlumat bazalarından biri hesab olunan "numbeo"ya istinadən bildirir ki, 93 ölkənin yer aldığı reytinq siyahısında Azərbaycan 91-ci sırda qərarlaşıb.
Səhiyyə xidmətlərinin səviyyəsinə görə Azərbaycan yalnız Banqladeş və Venesueladan öndə olub.
Region ölkələri arasında səhiyyə xidmətlərinin ən yaxşı səviyyədə olduğu ölkə Türkiyə hesab olunur. Türkiyə reytinq siyahısında 28-ci sırada yer alıb.
Keçmiş SSRİ və region ölkələrindən bəzilərinin siyahıdakı mövqeyi belə olub:
21 – Estoniya
26 - Litva
28 - Türkiyə
52 - Latviya
58 – Qazaxıstan
60 - Rusiya
76 - Gürcüstan
79 - Ukrayna
82 - İran
90 - Belarus
91 - Azərbaycan
Səhiyyə xidmətlərinin ən yaxşı səviyyədə olduğu ölkələrin ilk 5-liyində Tayvan, Cənubi Koreya, Fransa, Yaponiya və Danimarka qərarlaşıb.
Məlumat üçün onu da bildirək ki, bu ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 1 milyard 409 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Göründüyü kimi, 2021-ci ildə Azərbaycanın dövlət büdcəsində adambaşına düşən səhiyyə xərcləri 139 manat təşkil edəcək. Mövcud məzənnə ilə (1$/1,7 AZN) hesabladığımız zaman adambaşına düşən səhiyyə xərcləri Azərbaycanda 82 dollara bərabər olur.