Azərbaycanda zəlzələ oldu
- 3-05-2017, 15:07
- 57 959
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilib ki, zəlzələnin episentri Zaqataladan 39 kilometr şimal-qərbdə - Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində qeydə alınıb. Zəlzələ Zaqatala rayonunda 4 bal, yaxın rayonlarda isə 3 bala qədər hiss olunub.
Zəlzələ saat 12:54-də qeydə alınıb. Heç bir dağıntı baş verməyib.