Yeni nazir bu şəxsləri vəzifəsindən AZAD ETDİ

Sosial

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin olunmuş Rəşad Nəbiyev nazirlikdə vəzifə tutan bir sıra şəxsləri işdən çıxarıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, R.Nəbiyevin əmri ilə, nazirliyin aparat rəhbərinin müavini Zamin Nurəhmədov, keçmiş nazirin köməkçisi Emin Məmmədov vəzifələrindən azad edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən xəbəri təsdiqləyiblər.