Bakıda əyləncə parkı uşaqlar üçün təhlükə saçır - Foto
- 25-01-2021, 15:42
- 604
Bildirilib ki, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki həyətlərin birində mini-park yaradılıb, amma vaxtilə ətrafda tikilən ofis binasına çəkilən qaz xətti parkın üzərindən keçir.
Məsələ barədə Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətindən Oxu.Az-bildirilib ki, məsələ öz həllini tapacaq:
“Adı çəkilən ərazidə təmir-bərpa işləri yekunlaşmayıb. Qaz xəttinin müvafiq qaydada çəkilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət olunub. Bu məsələ parkın təmir işləri ərəfəsində öz həllini tapacaq”.