“Reklam haqqında” qanuna dəyişikliklər edilib

Sosial

xalqxeber.az xəbər verir ki, qanunun 29.2.7-ci maddəsində “bioloji aktiv əlavə və qida əlavəsi” sözləri “bioloji fəallığa malik qida əlavəsi” sözləri ilə əvəz edilib.
Bundan əlavə, qanuna yeni məzmunda 30.7-ci maddə əlavə edilib. Həmin maddədə qeyd olunur ki, bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.

Qanuna təklif edilən dəyişikliklər səsə qoyularaq qəbul edilib.