Özünə saxta pensiya düzəldən məktəb direktoruna cinayət işi açıldı
- 15-01-2021, 12:09
- 1 136
Unikal.org-un əldə etdiyi məlumata görə, o, yalnız özünün yox, tanışlarının da saxta pensiya almasına vasitəçilik edib. Həmin pensiyaların saxta olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən müəyyən edilib və ödənişlər dayandırılıb.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb və istintaq davam etdirilir.