İstanbul-Bakı reysində nasazlıq - Sərnişinlər təxliyə edildi
- 14-01-2021, 10:11
- 1 219
Bu haqda Modern.az saytına həmin reysin sərnişinləri məlumat veriblər.
Bildirilib ki, təyyarədə nasazlıq aşkarlandığı barədə sərnişinlərə bilgi veriləndən sonra hava gəmisi boşaldılıb.
Sərnişinlər hazırda İstanbul hava limanında gözləyirlər. Onlara başqa təyyarə ayrılacağı bildirilib.
Qeyd edək ki, sərnişinlərin təxliyə olunduğu təyyarə “Türk Hava Yolları”na məxsus olub.