Marketlərə sanksiyalar tətbiq ediləcək (RƏSMİ AÇIQLAMA)
- 7-01-2021, 11:36
- 685
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, ölkədə fəaliyyət göstərən iri marketlərin satış və marketinq üzrə mütəxəssislərinin iştirakı ilə onlayn görüşdə ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
O bildirib ki, bu, dövlət qurumlarının və market sahiblərinin marağında olmalıdır: “Çünki bilirlər ki, bu, müvafiq sanksiyalar gətirəcək. Market sahibləri məhsulları alan zaman konkret sənəd tələb etməlidir. Qanunvericilikdə nəzərdə tutulmayan ölçüdə məhsulları almamalıdırlar”.
O qeyd edib ki, ETSN tərəfindən bununla əlaqədar müraciətlər hazırlanır: “Yaxın zamanda müvafiq qurumlara, həmçinin vətəndaşlara ETSN-in müraciəti olacaq”.