Azərbaycan Ordusuna 81 milyonluq yardım

Sosial

Mayın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Yardım Fonduna bu günə kimi 81.662.003,27 AZN, 212.673,88 ABŞ dolları, 7136,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Aprelin 1-dək bu rəqəm 81.152.798,16 AZN, 212.673,88 ABŞ dolları, 6835,69 avro və 5000,0 rubl idi. Yazın ilk ayı olan martda isə vəsait 80.385.012,74 AZN, 212.673,88 ABŞ dolları, 6235,69 avro və 5000,0 rubl olub.

Qeyd edək ki, fond Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə təsdiqlənib.