SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Oba" market karantin rejimini pozdu — Şirkət böyük məbləğdə cərimələndi

"Oba" market karantin rejimini pozdu — Şirkət böyük məbləğdə cərimələndi

Tarix:

23-12-2020, 17:24

/ 1 136 dəfə oxundu.
"Oba" market karantin rejimini pozdu — Şirkət böyük məbləğdə cərimələndi

"Veysəloğlu" MMC-yə məxsus olan "Oba" marketin karantin rejimini pozması müəyyən olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən MMC-yə məxsus "Oba" marektdə epidemiya əleyhinə rejim sanitariyagigiyena və karantin rejimləri dövründə qoruyucu vasitələrdən istifadə ilə bağlı tələbləri pozulub.

Bununla İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilib.

Qaradağ rayon Məhkəməsinin qərarı ilə MMC 400 manat cərimə olunub.

Bu qərardan MMC apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.

Şərhlər

XƏBƏR LENTİ