TƏNHA ANA MƏNZİL ŞƏRAİTİNƏ GÖRƏ MÜVAFİQ QURUMLARDAN KÖMƏK İSTƏYİR
- 21-12-2020, 16:01
- 1 036
"2006-cı ildən Bakı şəhəri , Xətai rayonu , Cavanşir küçəsi 4 A , 4 nömrəli yataqxanın 30 A saylı otağında yaşayıram . Cavanşir küçəsi 4 A ünvanda yerləşən 4 saylı yataqxana 60-cı illərdə tikilmişdir . Bu binanın yaşayış binası olaraq istis-mara yararlılıq müddəti təxminən iyirmi ildir ki başa çatmışdır . Bildirmək istəyi-rəm ki sözügedən yataqxanada olan otaqların 80 % də məcburi köçkünlər məs-kunlaşmışdır . İstər yataqxanada təyinatı üzrə yaşayanlar istərsə də məskunlaşmış məcburi köçkünlər yaşayış üçün yararsız olan bir binada yaşamaq məcburiyyətində qalmışdırlar . Bina aşılandığından bir çox yerlərində çatlar əmələ gəlmiş , döşəmə-lər sıradan çıxmış, qapı pəncərələr əyilmiş, hamam, tualet hissəsində borular çat-layaraq su və su tullantılarının kənara axmasına , binanın tam örtüyündə olan deşik və çatlar nəticəsində yağış sularının otaqlara axmasına gətirib çıxartmışdır ki , bu-nun nəticəsində binada rütubət normadan dəfələrlə artmış , payız-qış aylarında isə istiliyi saxlamaq qeyri-mümkün olur . Yayda isə rütubətli isti havanın müşaiyəti ilə anisanitariya vəziyyətində yaşamaq məcburiyyətində qalırıq . Bizim həmin binanın faciəvi vəziyyətini izah etməmiz kənardan olduğu kimi görünməyə bilər lakin bu həqiqətdir həmin bir neçə ildir qəzalıdır , yaşayış üçün yararsız haldadır və insan-ların həyatı üçün təhlükə yaradır .
Yataqxanada məskunlaşmış məcburi köçkünlər Dövlət tərəfindən yeni mənzil ilə təmin etdikləri üçün onlar oradan köçdülər .
Lakin mən və mənim kimi bir neçə yataqxana sakini bu günə kimi həmin binada yaşamaq məcburiyyətində qalmışıq . Təsəvvür etmək nə qədər çətin olsa da rütu-bətdən yorğan-döşək nəm çəkir və biz həmin yataqlarda yatmaq məcburiyyətində oluruq ki bu da bizim səhhətimizə ciddi zərər verir . Dəfələrlə fərqli instansiyalar müraciət edilmişdir . Araşdırma nəticəsində məlum olmuşdur ki bina qəza vəziyyə-tindədir . Mən bir Azərbaycan vətəndaşı və ana kimi böyütdüyüm övladım sağlam ətraf mühitdə sağlam böyüdüb dövlətimə yararlı vətəndaş etməliyəm . Lakin bu gün yaşadığım evin qəza şəraitində , antisanitariya və yararsız olması eyni zaman-da mənim maliyyə çətinliyim övladımı onun layiq olduğu şəkildə böyütməyimi sıfıra salır . Dövlətin əsas sərvəti insan resurslarıdır . Bizim övladlarımız və onların övladları fiziki sağlamlığı olmadığı təqdirdə bizim tərəfimizdən qurulmuş bu döv-lət məhv olma təhlükəsi ilə üz-üzə qalar .
Övladımın uşaq olarkən onun atası xəstəlikdən ölmüşdür ki mən övladımı çətinlik içərisində böyüdürəm . Maliyyə vəziyyətim qənaətbəxş olmadığı üçün mənim ev alma ehtimalım sıfıra bərabərdir .
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dediyi kimi dövlə-timiz iqtisadi cəhətdən inkişaf etmiş və bir qisim inkişaf etmiş ölkələrlə rəqabət aparmaq səviyyəsindədir .
Həyatda əldə edə bildiyim sadəcə bir övladım var . Ondan başqa heç nəyim yox-dur və əlacsızam . Biz də bir insanıq və Azərbaycan Respublikasına layiq şəkildə yaşamaq istəyirik . Ölkə rəhbərliyinin və digər aidiyyatlı şəxslərin səyi nəticəsində şəhərlərimiz və rayonlarımız ciddi şəkildə müsbət anlamda inkişaf etmişdir . Bunu görməmək və dilə gətirməmək görmə qabiliyyətinin olmaması və ya ədalətsizlik olardı . Mən bunları görür və dilə gətirirəm
Azərbaycan Respublikasına və onun vətəndaşlarına olan sədaqətinizi və sevginizi nəzərə alaraq sizə müraciət etmək qərarına gəlmişəm .
Bu işi xüsusi nəzarətinizə götürərək bir ana kimi bir Azərbaycan vətəndaşı kimi yaşadığımız binanın qəzalı vəziyyətdə olmasını və yaşayış üçün yararsız olduğunu, mənim maddi vəziyyətimin qənaətbəxş olmadığını nəzərə almanızı , mən və övla-dımın faciəvi bu gününü və gələcəyini nəzərə alaraq bizi evlə təmin edilməmizə göstəriş vermənizi sizdən xahiş edirəm".
Ümid edirik ki,dövlət qurumları vətəndaşın şikayətini dinləyərək köməklik göstərəcəklər.
Xeberfakt.az