Vaqif Əmiraslanovun onlayn dərs tələsi
- 21-12-2020, 14:59
- 717
Nə isə, keçək Humanitar Kollecin direktoru Vaqif Əmiraslanova… Bu günlərdə “Aktualxeber.az” saytına müracət edən Humanitar Kollecin bəzi tələbələrinin valideynləri Vaiqf Əmiraslanovun onlayn dərslərə qoşula bilməyənləri təhdid edərək, onlardan “günahlarını” pulla yumağı tələb edib. Əks halda, tələbələr imtahana buraxılmayacaqlar. Onsuz da, ölkədə internetin bərbad olduğu bir vaxtda onlayn dərslərə qoşulmaq çox çətindir. Bəzən də mümkünsüzdür. Bu da Vaqif Əmiraslanov kimi ədalətin nə olduğunu bilməyən, pula görə hər şeyə əl atan biri üçün sanki göydən düşmə olur. Ceyran xanım Mahmudova da Vaqif Əmiraslanovu qardaşına görə müdafiə etməkdənsə, tələbələrin problemləri ilə maraqlanması daha məqsədə uyğundur. Axı, bu onun borcudur.
Mövzunu nəzarətdə saxlayacağıq və qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.
Aktualxeber.az