Şirkət Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi

Sosial

“Poster” MMC Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

Məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edən MMC icra hakimiyyətinin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin etməyib. Həmin qərardan narazı qalan “Poster” MMC apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılacaq.