Bakıda iş saatları dəyişdirildi
- 1-05-2017, 11:02
- 61 565
Daxil olan məlumata görə, 2017-ci il mayın 1-dən iyunun 1-dək “Azəriqaz” İstehsalat Birliyində, o cümlədən Bakıda fəaliyyət göstərən bəzi dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə müəyyənləşib.
“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev faktı təsdiqləyib.
O qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar iş rejimi 09:30-dan 18:30-dək müəyyən edilib.
İ.Kərbalayev qeyd edib ki, iyunun 1-dən etibarən işçilər əvvəlki iş rejimində - 09:00-dan 18:00-dək çalışacaqlar.