Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları ötdü - 38 nəfər öldü

Sosial

Azərbaycanda bu gün koronavirus infeksiyasına 4124 yeni yoluxma faktı qeydə alınıb, 4205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 38 nəfər “COVID-19”dan vəfat edib.