"Kapital Bank" müştərilərini boğaza yığıb... - NARAZILIQ!

Sosial

"Şikayətdən keçib artıq. "Kapital Bank" kartlarından istifadəni dayandırmaq istəyirəm artıq. Hansı bankı məsləhət görərsiniz?" DİA.AZ bildirir ki, bu barədə Samir adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupunda paylaşım edib. Daha sonra narazı vətəndaş yazır:

"İllərdi istifadə etdiyimə baxmayaraq, 10 kartımın olmasına baxmayaraq, son 1-2 aya qədər elə ciddi narazılığım olmağına baxmayaraq, "Kapital Bank" artıq son 1 aydı boğaza yığıb... 20 gün əvvəl 380 manatlıq ödəniş etmişəm, ödəniş təyinat yerinə çatmayıb, sorğu nömrəsi də açılıb xəbər yoxdu, elə bir söz bilirlər: araşdırılır...

Nəyi araşdırılır? Ödəniş gedib çatmayıb, bankda təsdiqlənməmiş ödəniş kimi qalıb, qaytar da bunu geri hesaba, az qalıb 1 aya çatır artıq.

Bu gün isə yenə eyni hal baş verdi. 1000 dollar ödəniş üçün hesabımdan 2017 manat ödəniş çıxdı, adını qoydular ƏDV... Halbuki indiyə qədər eyni əməliyyata ƏDV yox idi. Maraqlısı odur ki, bu da 380 manat kimi qarşı tərəfə gedib çatmadı.

İndi bu məbləği də gözləməliyəm araşdırsınlar (Allah bilir nə qədər vaxt aparacaq), daha sonra həm 1000 dollar 1700 manat kimi hesabıma otursun, həm də 317 Azn olan ƏDV məbləği də ondan sonra geri qaytarılsın.

Köçürmə və ödənişlərdə problem yaşamayacağım, həqiqətən razı qaldığınız bank varsa məsləhət görün. Yoxdursa, hamısı eyni gündədirsə, işimizi bilək... ödəmələrimizi bacardığımız qədər nağd etməyə çalışaq".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...