XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Jalə Əliyevanın təklifi etiraza səbəb oldu: - Deputat xadimələri nəyə məcbur edir?

Jalə Əliyevanın təklifi etiraza səbəb oldu: - Deputat xadimələri nəyə məcbur edir?

Jalə Əliyevanın təklifi etiraza səbəb oldu: - Deputat xadimələri nəyə məcbur edir?
10-12-2020, 11:40

Milli Məclisin deputatı Jalə Əliyeva növbəti dəfə müzakirə obyektinə çevrilib. Sosial şəbəkə iştirakçıları xanım deputatın ötən gün parlamentdə səsləndirdiyi təklifi müzakirə edirlər.

Yenisabah.az xatırladır ki, Prezident İlham Əliyev tərəfindən yenicə təsis olunmuş “YAŞAT” Fondunun yaranmasını təqdir edən parlamentari bu quruma inanələrlə bağlı birmənalı qarşılanmayan fikirlər səsləndiirb. Jalə Əliyeva deyib ki, büdcə təşkilatlarında çalışan şəxslərdən məcburi qaydada vəsait tutularaq Fondun hesabına köçürülməlidir.

Deputatın bu təklifi çoxsaylı suallar yaradıb. İnsanlar haqlı olaraq soruşurlar: Milli Məclisin üzvü hansı haqla büdcə təşkilatlarında çalışan insanlardan məcburi qaydada pul tutulmasını tələb edir? Bunun hüquqi mexanizmi mövcudurmu? Məcburi vətənpərvərlik olurmu?

Azərbaycan xalqı xeyirxah əməlləriylə ad çıxarıb. Vətən Müharibəsinin iştirakçılarına maddi dəstək olmaq təkcə xeyirxahlıq nümunəsi deyil, həm də mənəvi borcdur. Müharibənin davam etdiyi 44 gün ərzində milyonlarla insan bu cür humanitar aksiyalarda iştirak etdi. Biz hətta qayğıya ehtiyacı olan qocanın belə öz təqaüdünü Silahlı Qüvvələrə yardım Fonduna köçürdüyünün şahidi olduq. Bu cür xeyirxah əməllərə imza atan yüz minlərlə insanın heç biri Jalə Əliyeva ilə məsləhətləşməmişdi...

“Yaşat” Fondu yaranan kimi ona könüllü ianələr başladı. Cəmi bir sutka ərzində Fondun hesabına 1,5 milyon manat vəsait köçürüldü. İki gündə iki şəhid ailəsi onlara çatacaq olan 11 min manat konpensasiyanı qazilərimizi yaşatmaq üçün “YAŞAT” Fonduna köçürdülər. Biz irəlidəki günlərdə analoji mövzuda olan xəbərlərlə tez-tez qarşılaşacağıq...

Belə şəraitdə insanları bu aksiyaya qoşulmağa məcbur etmək nə dərəcədə doğrudur? Büdcə təşkilatlarında çalışan insanların sırası zəngin, mənsub olduqları kateqoriya rəngarəngdir. Görəsən, Jalə Əliyeva büdcədən maaş alan nazirləri də Fondun hesabına vəsait köçürməyə məcbur edə biləcəkmi? Yoxsa, gücü küçədə-bazarda onun ayağının tozunu təmizləyən xadimələrə çatacaq?

Xalq torpaq uğrunda canını fəda edən şəhidlərimizin əziz övladlarının, yaralı qazilərimizin yaşaması üçün əlindən gələni edəcək. Yetər ki, siz barmaq eləməyin...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.