Metronun yeni stansiyası “8 noyabr” adlanacaq - RƏSMİ
- 8-12-2020, 12:21
- 811
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin bununla bağlı Qərarında deyilir:
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”.