Səhiyyə sistemimiz koronavirus qarşısında AĞ BAYRAQ QALDIRIB? - GİLEY
- 30-11-2020, 10:20
- 612
Daha sonra şikayətçi qeyd edir: "Artıq 5-ci gün olmasına baxmayaraq heç bir cavab yoxdur. Saatlarla telefon növbəsində gözlədikdən sonra bizə Təbib-dən məlumat verilir ki, nümunələr heç test üçün göndərilməyib, hələ xəstəxanadadır və test sayı çox olduğu üçün nə zaman göndərəcəkləri də bəlli deyil. Evdə 2 aylıq körpə, onkoloji xəstəmiz var və 1 həftədir keçirdiyimiz narahatlıq kifayət deyilmiş kimi bir də bu məsuliyyətsizlər əsəblərimizi məhv edirlər və ən acınacaqlısı da odur ki, şikayət də edə bilmirik hərkəs üstündən atır , başqasına yönəldir və o başqası da digərinin üstünə atır və ya heç zəngə cavab verilmir".
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...