"Hell”in 130 min cərimələnməsi ilə bağlı qərar verildi
- 28-11-2020, 14:13
- 890
“Qafqazinfo”nun verdiyi xəbərə görə, şirkət 2019-cu ildə Maliyyə Bazarlarına Nəzarət Palatasının protokolu əsasında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cərimlənib.
MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə ittiham edilib.
“Coast Castle” MMC-nin qərarın icrasına xitam verilməsinə dair verdiyi vəsatət noyabrın 18-də Nərimanov Rayon Məhkəməsi tərəfindən təmin edilməyib.
Şirkət bu qərardan da apelyasiya şikayəti verib. Noyabrın 26-da Bakı Apelyasiya Məhkəməsinin hakimi Qədim Babayevin qərarı ilə iş hərəkətsiz saxlanılaraq birinci instansiya məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, “Coast Castle” MMC Macarıstanda istehsal olunan “Hell” energetik içkisinin Azərbaycanda distributorudur.