Vəkillər Kollegiyasının onlarla əməkdaşı koronavirusa yoluxub

Sosial

"Hazırda ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı durmadan artmaqdadır”.

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, bu bəla vəkillərdən və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparat əməkdaşlarından yan keçməyib: “Hazırda koronavirusa yoluxan onlarla həmkarlarımız həkim nəzarəti altında müalicə olunurlar”.