Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı rəhbərliyinə ŞOK İTTİHAM - "500 000 manatı açıqca talayırlar..."
- 24-11-2020, 13:48
- 858
Daha sonra Ə.Mehdiyev yazır: "Vətən savaşının sevincini yaşadığımız bu həssas zamanda 97 yaşlı general-polkovnik Tofiq Ağahüseynovun iş qabiliyyətinin demək olar ki yararsız olduğu durumda onun nəvəsi və yaxınları dövlətin bu təşkilata ayırdığı 500 000 manatı açıqca talayırlar. Hətta bu pandemiya dövründə işçiləri də amansızcasına işdən qovub, büdcəni yeyirlər.
Yaxın vaxtlarda müharibə veteranlarının ümumi sayı 200 minə çatacaq. Bu təşkilat böyük bir veteran ordunun sosial fəaliyyət, gənc nəslin ideoloji tərbiyəsi və ehtiyacı olanların yardım meydanı olacaq. Bunun üçün indi orada toplanmış möhtəkirlərin qovulması, sağlam zabitlərin idarəçiliyə gətirilməsi məqamıdır.
Lütfən, bu problemin həlli üçün səsinizi çıxardın, fikrinizi bildirin!
Bu təşkilat hamınındır, təkcə General T. Ağahüseynovun törəyinin deyil!"