Deputatdan şəhid ailəsinə qarşı hörmətsizlik... - Bunun başqa adı yoxdur...

Sosial

İkinci Qarabağ savaşında diqqəti çəkən və təqdir olunan məqamlardan biri də şəhid olanların doğmalarına və yaralanan hərbçilərimizə yardım kampaniyası oldu.

Özünü bu vətənin övladı hesab edən hər kəs ordumuz üçün əlindən gələni etməyə çalışdı.

Bu prosesdə istisna hallar da oldu ki, onu da gördük. Məsələn, 53 saylı Quba-Qusar dairəsindən Milli Məclisinin deputatı Rafailov Anatoliy Xaimoviç öz yardımı ilə hər kəsi təəccübləndirib.

Belə ki, deputat müharibədə şəhid olan kapitan Aqil Məlikovun ailəsinə yardım adı ilə duş geli, sabun və ətir yollayıb. Gununsesi.info-ya istinadən şəhid evinə göndərilən “yardımın” fotolarını təqdim edirik:

Buta duş gel.

Buta şampun.

L-Homme prada tester ətir. (3ədəd)

Diva tester ətir.

Sanitary antibakterial gel.

Makaron və düyü.

Bağlama şəhidin ailəsi tərəfindən bir dəfə geri qaytarılıb, deputat təzədən göndərib. Ehtimala görə, deputat şəxsi biznesini reklam edir.