Nazirlik nədən VƏTƏN MÜHARİBƏSİNİ nəzərə almadı? - ETİRAZ
- 16-11-2020, 16:48
- 705
Bu barədə DİA.AZ-a müraciət edən Bakı sakini Fərid Hüseynov bildirir ki, 27 sentyabrdan etibarən bütün ölkədə Vətən Müharibəsi səbəbindən internətin fəaliyyətinin ya tam və yaxud da qismən dayandırılması fonunda NRYTN heç bir müsbət addım atmayıb. Əksinə zəif və yaxud daümumiyyətlə olmayan internetə görə, vətəndaşa borc yazıb:
"Mən şəxsən 2 aydır internetdən istifadə edə bilmirəm. Şəhər telefonunu da internetə görə saxlayırdım. İndi mənə 2 aylıq 56 manat borc yazıblar. Niyə ödəməliyəm ki? Olmayan bir xidmətin pulunu nazirlik nədən vətəndaşdan tutmalıdır ki?"
İddia olunanla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...