Ağdam və Ağcabədinin minalardan təmizlənməsinə başlanıldı
- 12-11-2020, 13:15
- 1 081
Ermənistan silahlı qüvvələrinin Ağdam rayonuun Çəmənli, Sarıcalı, Əfətli, Kolqışlaq, Zəngişalı, Şükürağalı, Rzalar Ergi qəsəbəsi və Ağcabədi rayonunun Arazbar, Qiyaməddinli kəndlərinə və Ağ Göl Milli Parkının ərazisinə ağır artilleriyadan atdığı partlamamış hərbi sursatlar bu gün zərərsizləşdiriləcək. ANAMA-nın supervayzeri Xaliq Zülfüqarov bildirib ki, daşınması mümkün olmayan hərbi sursatlar yerində zərərsizləşdiriləcək.