Anar Ələkbərov kafedra müdirliyindən çıxdı

Sosial

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İqtisad Universitetində kafedra müdiri vəzifəsindən çıxıb.

O, universitetin "Beynəlxalq Münasibətlər” kafedrasına rəhbərlik edirdi. A.Ələkbərov bu vəzifədən öz ərizəsi əsasında gedib.

Universitetin Tədris və təlim texnologiyaları üzrə prorektoru Damət Bağırov Unikal.org-a bildirib ki, Anar müəllim 6 ay bu vəzifədə çalışıb və işlərinin çox olması səbəbindən öz ərizəsi əsasında vəzifədən gedib.