Nazir: "Cəbhə xəttində 40-a qədər məktəbə zərər vurulub"

Sosial

"1 milyon 300 mindən çox şagird əyani təhsilə cəlb edilmişdi”.

Bu fikirləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O qeyd edib ki, təhsil sistemi çox böyük bir sistemdir:

“HBildiyiniz kimi, sentyabrın 27-dən Ermənsitanın təcavüzü nəticəsində bir çox bölgələrimizdə təhsil müəssisələrimizə və mülki insanlarımıza hücumlar qeydə alınıb. Cəbhə xəttində olan 40-a qədər məktəbə zərər vurulub, bir neçə məktəbə isə ciddi ziyan dəyib. Eyni zamanda 3 şagird həlak olub, 15 şagird isə xəsarət alıb. Bir çox bölgələrimizdə 1 221 təhsil müəssisəsi bu səbəbdən öz fəaliyyətini distant təhsilə keçirib”.