Təhsil sistemimiz düzəlmir ki, düzəlmir... - İDDİA
- 10-10-2020, 19:21
- 1 105
Məktəbdə tədrisin keyfiyyəti ilə bağlı saysız narazılıqlar da hökm sürməkdədir. Elə bu səbəbdən də təhsilini digər məktəblərdə davam etdirmək istəyən şagirdlərin sayı günü-gündən artır. Direktor Q. Sultanova tərəfindən övladının təhsilini başqa məktəbdə davam etdirilməsi üçün müraciət edən valideynlər incidilir, sənədlər girov saxlanılır. Elə bu yaxınlarda məktəbin XI a sinif şagirdi Rəvan Abasovun anasına qarşı edilmiş haqsızlıq buna əyani sübutdur. Belə ki, valideynin övladının təhsilini digər məktəbdə davam etdirməsi üçün etdiyi müraciətə baxılmamış, ona sənədlər təqdim olunmamışdır. Hadisədən sarsıntı keçirən valideynin halı pisləşmiş, huşunu itirərək məktəbin dəhlizinə yıxılmışdı. Məktəbin texniki işçiləri tərəfindən dərhal təcili yardım çağırılmış, xəstəyə ilkin tibbi yardım göstərilmişdir. Direktor həkimləri yaxşı “yola salmış”, bununla da sənədləri saxtalaşdıraraq özünün günahkar olmasını “ört-basdır” etməyə müvəffəq olmuşdur.
Aktualxeber.az-a daxil olan məlumatlara görə bu şəxsin özbaşnalıqları barədə dəfələrlə aidiyyatı qurumlara şikayət olunsa da neqativ hallarla bağlı heç bir tədbir görülmür. Təqribən bir il yarım öncə məktəbdə çoxsaylı “ölü canlar” iddiası ilə bağlı şikayətləri araşdırmaq üçün məktəbə gələn Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları- Daxili nəzarət sektorunun işçisi olan Rəşad Musayevlə Qənirə Sultanovanın arasında olan “anlaşma” sonuncuya verilən inzibati tənbehlə nəticələndi. Amma, bütün bunlara baxmayaraq Q. Sultanovanın yeni “ölü can”ları yenə “işə götürülür”(Texniki işçi: S.Məmmədova, UBR A.Nəbiyeva)… Hal-hazırda 4 nəfər texniki işçinin ( H.Baxışəliyeva, V.Nəsirova, İ.Cavadova, Ş.Cavadova) ştatına əlavə olunan 0,25 əlavə ştat bölgüsü həmin işçilər tərəfindən hər ay nağdlaşdırılaraq, pul şəklində Qənirə Sultanovaya verilir.
Onu da nəzərinizə çatdıraq ki, artıq neçə ildir ki, məktəbin əsasən,ibtidai sinif müəllimlərinin (bəzi digər fənn müəllimləri də) məktəbdə repititorluq etməsinə “şərait” yaradılması üçün, direktor tərəfindən sinif otaqları aylıq “icarəyə verilir”.Baxmayaqraq ki,bu ilki tədris ilində pandemiya ilə bağlı məktəbdə əlavə hazırlıq dərslərinin keçirilməsi qanunu şəkildə qadağan edilmişdir.2020-2021-ci tədris ilinin ilk dərs günü üçün məktəb həyətinin bəzədilməsi bəhanəsilə bütün müəllim heyətinin hərəsindən 20 manat məbləğində pul yığılmışdır.Yığılan puldan cəmi bir verner hazırlanmış, qalan pul miqdarı direktor tərəfindən mənimsədilmişdir.
Direktorun məktəb kollektivi, şagird və valideynlərlə kobud davranışı,tutduğu anti humanist hərəkətlər, kollektivin ünvanına işlətdiyi qeyri-etik ifadələr adi hal almaqda davam edir.01.05.1955-ci ildə anadan olmuş Qənirə xanımın vəzifədə çalışmanın yaş həddinin başa çatmasına baxmayaraq təhsil sahəsində göstərdiyi “nailiyyətlər”əvə himayədarlarına görə əmək müqaviləsi hələ bir il də uzadılıb.İctimaiyyət arasında, ümumtəhsil məktəblərində bu cür kadrların fəaliyyəti və özbaşnalıqları Təhsil Nazirliyi və BŞTİ-nin son illər gördüyü təqdirəlayiq işlərə kölgə salır, işgüzar nüfuzlarına xələl gətirir.Cəmiyyətin ilkin tərbiyəsinin təməli məktəbdə qoyulur! Məktəb -tərbiyəmizin özəyidir! Məktəb – Rüşvətin yox, təhsilin “ocağı” dır! Kimlərin rəhbər olması şərt…Özü isə “Mən hələ 5 il bu məktəbdə direktor olacam. İşimi aidiyyatı instansiyalarla “həll edib” gəlmişəm” deməsindən doğan güvən hissi “kimlərə” söykənir? Kimdir bu şəxsin gizli himayədarı? “Toxunulmazlıq” statusunu “kimlər” dən alıb? “Kimlər” bu şəxsi dəstəkləyir? Bu suallara növbəti məqaləmizdə aydınlıq gətirəcəyik.
P.S. Sonda onu da qeyd edək ki, dünən Təhsil Nazirliyi tərəfindən 144 nömrəli tam orta məktəbin direktoru Qənirə Sultanovaya töhmət verilmişdir.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.