Milli Məclis Suqovuşan adının bərpasını TƏSDİQLƏDİ

Sosial

Milli Məclis Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını təsdiq edib.

Bununla bağlı qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi səsə qoyularaq qəbul edilib.